Paytaxtda mövsümü ağacəkmə aksiyaları davam etdirilir - FOTO
Mövsümlə əlaqədar Bakı şəhərinin müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri davam etdirilir. Son vaxtlar Bakının flora müxtəlifliyinin artmasına baxmayaraq, şəhərin iqlim şəraitinə uyğunlaşmış aborigen ağac növlərinin sayı azalmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə bununla əlaqədar, oktyabrın 18-də paytaxtın “Nizami”, “Atatürk” və “Sahil” parklarında xüsusi rəng çalarları ilə seçilən Lənkəran akasiyası və Hind yasəməni əkilmiş, həmçinin əvvəllər əkilən ağacların qurumuş budaqları budanmışdır.
Görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlanmış şəhərin yaşıllıq planı üzrə aparılır.
Qeyd edək ki, yeni ağacların əkilməsi işlərində Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də fəal iştirak edirlər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











