Polis qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar keçirib

Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovun ətrafında əməliyyat tədbirləri aparılıb.
Əməliyyat nəticəsində ondan narkotik vasitəni götürmüş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev müəyyən edilərək saxlanılıblar.
Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar edilərək götürülüb.
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı üzərindən və yaşadığı Şorabad qəsəbəsindəki evin həyətindən 600 qram heroin aşkar edilərək götürülüb.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












