Portuqaliya Ukraynaya Rusiya istehsalı olan helikopterlər verəcək

Portuqaliya hökuməti Ukraynaya “Kamov” konstruktor bürosu tərəfindən hazırlanmış altı yanğınsöndürmə helikopteri göndərmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə Portuqaliyanın müdafiə naziri Yelena Karreyras bildirib.
“Ukraynanın xahişi və Daxili İşlər Nazirliyi (Portuqaliyanın - red) ilə birlikdə hazırkı ssenariyə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə artıq istismar edə bilməyəcəyimiz “Kamov” helikopter parkımızı Ukraynanın sərəncamına verəcəyik, əslində onların uçuşa yararlılıq sertifikatları yoxdur və biz hətta onları təmir edə bilmirik”, - “Diario de notisiaş” qəzeti nazirlik rəhbərinin sözlərindən sitat gətirib.
Nazir əlavə edib ki, 6 helikopterin təmirə ehtiyacı var, onlardan biri yararsızdır. Eyni zamanda o, əmin edib ki, Ukrayna tərəfi hava maşınlarının hansı vəziyyətdə olduğunu bilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












