Qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alındı

Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib və onlardan yarım tondan artıq balıq müsadirə edilərək aidiyyəti üzrə təhvil verilib.
Ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 9 ayı ərzində 8 cinayət və 8 inzibati fakt qeydə alınıb.
Həmin əməlləri törədən şəxslərdən 507 kiloqram balıq, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 12 tor götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












