Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz, Lənkəran rayonları akvatoriyasında, Kür çayında və Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Avtosfer.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Aleksandr Qolubev, Mahmud Cəfərov, Sumqayıt şəhər sakinləri Azər Əşrəfov, Sərxan Xanməmmədov, Siyəzən rayon sakinləri Elnur Mədətov, Şahlar Allahverdiyev, İntiqam Heydərov, Xaçmaz rayon sakinləri Cavanşir Kərimov, Ayaz Hacıyev, Seyidağa Məmmədov, Nəriman Osmanov, Şabran rayon sakinləri Asif Məmmədov, Aftandil Quliyev, Mirqurban Musayev, Salyan rayon sakinləri Daşqın və Məmməd Abbasovlar, Neftçala rayon sakini Mirpaşa Həşimov, Lənkəran rayon sakini Bəhrus Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 2150 metr uzunluğunda sintetik tor götürülüb.
Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Salyan şəhər sakini Emin Nəsirov, Bakı şəhər sakini Qiyamin Xəlilov, Hacıqabul rayon sakini Xəyal Absalamov saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO











