Qanunsuz ov edənlər cəzalandırılıb - FOTO

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 25-31 yanvar tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri və Neftçala rayonunun Xəzər dənizi sahillərində, Şəmkir su anbarında, Kür çayında, Ağcabədi rayonunun daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Arif İskəndərov, Neftçala rayon sakinləri Rövşən Sultanov, Zamin Nağıyev, Elvin Quliyev, Murad Məmmədov, Zahid Əhmədov və Tağı Tağıyev olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
B.Məhəmmədov qeyd edib ki, Azərbaycan Balıqçılar İttifaqı və könüllülərin dəstəyi ilə Mingəçevir su anbarı, Baş Şirvan Kollektoru, Biləsuvar rayonu ərazisindəki daxili su hövzələrində də tədbirlər keçirilib və ümumilikdə 1800 metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri götürülüb: "Qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovuna cəhd edən Ağcabədi rayon sakini Elşad Mirzəyev və Bakı şəhər sakini Azər Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib".
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












