Qanunsuz yollarla gətirilən külli miqdarda mobil telefon aşkar edilib - FOTO

Gömrük əməkdaşlarının keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən mobil telefonlar və müxtəlif məhsullar aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 176 qutu “Parliament” markalı siqaret, ümumilikdə 25 ədəd müxtəlif markalı mobil telefon (6 ədəd “İphone 14 Pro”, 4 ədəd “İphone 14 Pro Max”, 4 ədəd “İphone 13 Pro Max”, 1 ədəd “İphone 13 Pro”, 2 ədəd “İphone 12 Pro”, 3 ədəd “İphone 11”, 2 ədəd “İphone 11 Pro”, 2 ədəd “İphone XS”, 1 ədəd “Samsung S22”), 48 ədəd mobil telefonlar üçün ekran, 3 ədəd qidalandırıcı başlıq, 21 ədəd qidalandırıcı naqil, “İphone” markalı mobil telefonlara aid 13 ədəd boş telefon qutusu, 2 ədəd ekran qoruyucusu, 5 ədəd “Apple Watch” markalı “ağıllı” saat, 3 ədəd “Galaxy Watch5 Pro” markalı “ağıllı” saat, 4 ədəd içərisində yalnız aksesuarları olan “Apple Watch” markalı “ağıllı” saata aid qutu, 1 ədəd “İPad” markalı planşet, 2 ədəd “İPad” markalı planşetə aid boş qutu, 1 ədəd “Apple Mac Book” markalı noutbuk, 30 ədəd video oyun diski, 50 ədəd elektron qəlyan, 13 ədəd plastik qablarda qida əlavələri, 16 ədəd ətir və 9 ədəd ətir dəsti, zərgərlik məmulatları - 2 ədəd qol saatı, 4 ədəd üzük aşkar edilib.
Faktla bağlı araşdıma aparılır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












