“Qardaşoğlu” ləqəbli kriminal avtoritet qətlə yetirildi - FOTO

İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək qətlə yetirilib.
Avtosfer.az xəbər verir ki, oktyabrın 26-na keçən gecə ağır xəsarət alaraq İstanbuldakı özəl klinikalardan birinə çatdırılan Şərur rayon sakini E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.
***
E.Qasımovun vəkili Ceyhun Yusifovla əlaqə saxladıq. Vəkil "Qafqazinfo"ya açıqlamasında bildirdi ki, hazırda cinayətin motivi barədə detallar bəlli deyil: "Qətl hadisəsi ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra hadisə barəsində ətraflı məlumat əldə edəcəyik. Hələlik bu barədə açıqlama verməyim doğru olmazdı. Allah rəhmət eləsin!".
Fotoda: Elnur Qasımov ("Qardaşoğlu") və qardaşı Emin Qasımov (Naxçıvanski)
.jpg)

“Qafqazinfo”
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











