Qaziyə niyə əlillik təyin olunmur? - VİDEO

Vətən müharibəsi iştirakçısı olan 21 yaşlı tovzulu gənc əlillik dərəcəsini ala bilmədiyini idda edir. O, Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Cavid İsaqov əmək qabiliyyəti itirdiyini, heç bir yerdə işləyə bilmədiyini deyir. İddia edir ki, əlillik dərəcəsinin təyinatı üçün etdiyi müraciətlərə imtina cavabı gəlir. Aidiyyəti qurum məsələ ilə bağlı açıqlama verib.
Tovuz sakini Cavid İsaqov ordu sıralarından tərxis olunmasına iki ay qalmış Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılıb. O, Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb
Onun sözlərinə görə bir müddət ev şəraitində müalicə alıb. Daha sonra müalicəsini xəstəxanada davam etdirib. Cavid İsaqov hazırda əmək qabiliyyətinin olmadığını deyir. İddia edir ki, aldığı xəsarətlərə görə əlillik dərəcəsinin təyin olunması üçün aidiyyatı üzrə müraciətlər etsə də, sorğularına imtina cavabı gəlib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, Cavid İsaqovun əlilliyinin qiymətləndirilməsi məqsədilə qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Əlillik altsisteminə göndərişi daxil edilib. Göndərişin səbəbi ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu üçün o, oktyabrın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə ediləcək. Məhz əyani müayinənin nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












