Qəzaya düşən Namiq Fərhadoğlu: "Avtomobilə 5-6 min ziyan dəyib" - VİDEO

Ötən gün Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb. Paytaxtın Babək prospektində baş verən zəncirvari qəza zamanı aşığın avtombilinə xeyli ziyan dəyib.
Avtosfer.az xəbər verir ki, Namiq ilk dəfə qəzadan danışıb. "Xəzər axşamı" verilişində canlı yayıma bağlanan Fərhadoğlu avtomobilinə dəyən ziyanın məbləğini açıqlayıb:
"Təki cana gələn, mala gəlsin. Məni narahat edən bir məqam var. Elə sürətlə gəlirdi ki, dedim orada insan olsa necə olardı? Maşın da özünün deyil, dövlət avtomobilidir. 150 kilometr saat sürətlə gedirdi. Avtomobilimə 5-6 min dəyərində ziyan dəyib".
Xatırladaq ki, qəzada “Toyota” markalı maşını idarə edən Hüseynov Namiq Fərhadoğlu işıqforun qırmızı işığında dayanan zaman “Azsamand” markalı nəqliyyat vasitəsini idarə edən şəxs yüksək sürətlə maşını əvvəlcə “Renault” markalı avtomobilə çırpıb.
Daha sonra “Azsamand” Namiq Hüseynova məxsus “Toyota”ya dəyərək dayanıb. Hadisə nəticəsində “Renault” markalı nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb.
Qəza yerinə təcili tibbi təxirəsalınmaz yardım xidmətinin əməkdaşları cəlb edilib. Yaralılar 3 nömrəli xəstəxanaya aparılıb.
Ətraflı videoda:
BAKU.WS
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












