Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev AXCP sədri Əli Kərimlinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verib.
Avtosfer.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında İlham Əliyev ittiham aktında qeyd olunan məsələlərə dair suallara cavab verib.
İlham Əliyev məhkəmə kollegiyasından cinayət işində şahid qismində tanınan həyat yoldaşının prosesə çağırılmamasını xahiş edib.
O bildirib ki, baş verən hadisələrdən sonra həyat yoldaşının vəziyyəti ağırlaşıb, ağır depressiyaya düşüb və hazırda antidepressant preparatlar qəbul edir.
Kürəkəninin sözlərinə görə, həyat yoldaşının səhhəti ağır olduğundan onun məhkəmə prosesinə çağırılmasını istəmir.
Qeyd edək ki, məhkəmədə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bərabər oğlu Timur Mehdiyev də iştirak edib./Gununsesi.info/
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ











