“Reabilitasiya” altsisteminin tətbiqi istiqamətində işlərə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri başa çatıb.
ƏƏSMN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən altsistemin tətbiq olunması istiqamətində işlərə başlanıb.
Altsistem reabilitasiya mərkəzlərində xidmət keyfiyyətinin yüksəldilməsinə, reabilitasiya xidmətləri sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, nəzarət və monitorinq sisteminin gücləndirilməsinə xidmət edəcək. E-sistem reabilitasiya mərkəzləri ilə tibbi-sosial ekspert komissiyaları arasında e-formada məlumat mübadiləsinə imkan verir. Həmin mərkəzlərə qəbul prosesinin altsistemə daxil edilmiş göndərişlər əsasında, şəffaf, obyektiv aparılmasına şərait yaradır.
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı aparılmış reabilitasiya işləri və nəticələri barədə məlumatlar da həmin e-sistemdə toplanacaq. Bu da fərdi reabilitasiya proqramının tərtib olunması və icrası üçün vacib məlumat bazası rolunu oynayacaq.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












