Rəhman Hümmətov: "Nəqliyyatda qiymət artımı dövlət üçün ən arzuedilməz variantdır"

"Azərbaycanda ictima nəqliyyatda qiymətlərin artırılması dövlət üçün ən arzuedilməz variantdır".
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.
"Nazirlik müxtəlif modellər üzərində iş aparır, aidiyyatı təklifləri müzakirə edir, güman edirik ki, ictimai nəqliyyatda qiymət artımı olmasa belə hansısa subsidiyalaşma mexanizmləri ola bilər. Başqa ölkələrin təcrübələrində görürük ki, ictimai nəqliyyat gəlirsiz bir sahədir", - deyə o, qeyd edib.
Bundan başqa, nazir müavini bildirib ki, təkcə Bakıda deyil, bütün Abşeron yarımadasında əhalinin mobilliyinin təmin edilməsi üçün inteqrasiya edilmiş nəqliyyat sisteminə ehtiyac var: "Müxtəlif nəqliyyat növləri bir-birinin işini tamamlamalıdır. Bununla bağlı müəyyən araşdırmalar olub, kifayət qədər ciddi işlər görülüb. Əgər vətəndaşlarımızın ictimai nəqliyyatdan mütəmadi istifadə etməsini istəyiriksə, ilk növbədə ən ucqar yerlərə belə nəqliyyat əlçatanlığı olmalıdır". (Report)
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA










