Rusiya Azərbaycanla sərhəd-keçid məntəqələrini yenidən quracaq

Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq.
Bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib.
“Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət zolağımız olacaq. Bundan əlavə, “Taqirkent-Kazmalyar” və “Novo-Filya” keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələr imzalanıb”, – M.Kokoyev deyib.
Kokoyevin sözlərinə görə, həmçinin 2023-cü ildə Tagirkent-Kazmalyar məntəqəsində yük daşımaları üçün iki əlavə zolağın tətbiqinə qərar verilib.
Qeyd edilir ki, Dağıstana işgüzar səfəri çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və respublikanın rəhbəri Sergey Melikov yenidən qurulmaqda olan “Yaraq-Kazmalyar” çoxtərəfli avtomobil keçid məntəqəsinə baxış keçiriblər.
Görülən işlər nəqliyyatın və turistlərin sayı baxımından keçid məntəqəsinin keçid qabiliyyətini təxminən 3 dəfə artıracaq. O cümlədən, yük dövriyyəsi ildə 2.3-2.9 milyon tona, potensial artım isə 3.5-4 milyon tona qədər artacaq. Eyni zamanda burada sərhədi keçmək üçün rahat şəraitin yaradılması nəzərdə tutulur.
2027-ci ilin sonuna qədər Rusiya bir sıra sərhəd keçidlərini, o cümlədən dəniz və dəmiryol keçidlərini modernləşdirməyi planlaşdırır.
“Yaraq-Kazmalyar” keçid məntəqəsi 2020-ci ilin iyul ayından yenidən qurulur. Nəzarət-keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun buraxılış qabiliyyətinin artırılması, nəzarət prosedurlarının aparılması üçün vaxtın azaldılması, vətəndaşların sərhədi keçməsi üçün rahat şəraitin təmin edilməsidir.
report
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












