Rusiya gəmiləri Aİ limanlarına buraxılmayacaq

Aİ-nin yeni sanksiyaları 8 aprel 2023-cü il tarixindən sonra Rusiya Dəniz Gəmiçiliyi Reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin Aİ üzvü dövlətlərin limanlarına daxil olmasını qadağan edir.
Bu barədə Estoniya Nəqliyyat Departamentinin mətbuat xidməti məlumat yayıb.
Qərar onunla əsaslandırılıb ki, oktyabrın 7-də Avropa İttifaqı Şurası Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti ilə bağlı qətnamə qəbul edib. Sənədə əsasən Rusiyanın Dəniz Gəmiçiliyi Reyestrində qeyd olunan gəmilər üçün əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Yeni qərara görə, 7 oktyabr 2022-ci il tarixindən əvvəl Rusiya gəmilərinə Aİ dövləti adından verilən bütün sertifikatlar 8 aprel 2023-cü il tarixinədək ləğv edilməli və dayandırılmalıdır.
Xatırladaq ki, oktyabrın 6-da Avropa İttifaqı Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin qanunsuz ilhaqına cəhdlə əlaqədar Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini qəbul edib.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












