Rusiya Yuxarı Lars keçid məntəqəsində giriş-çıxışa nəzarəti gücləndirib

Rusiya Gürcüstanla sərhəddə Yuxarı Lars keçid məntəqəsinə giriş-çıxışa nəzarəti gücləndirir.
Avtosfer.az “Lenta.ru” saytına istinadən xəbər verir ki,bunu Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan deyib. O, bunu Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun da iştirak etdiyi erməni sahibkarlarla görüşdən sonra açıqlayıb.
Onun sözlərinə görə, Krım körpüsündə törədilən terror aktından sonra keçid məntəqəsində nəzarət gücləndirilib.
Nazir əlavə edib ki, artıq Reşetnikovla keçid məntəqəsində yüklərin daşınması üçün daha sərbəst icazənin bərpası məsələsini müzakirə edib və hazırda orada böyük növbələrin yarandığını qeyd edib.
O, həmçinin Gürcüstanın Poti ilə Rusiyanın Kavkaz limanı arasında alternativ bərə reyslərinin açılmasının zəruriliyini və hava yüklərinin daşınmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, oktyabrın 12-də Krım körpüsündə terror aktının hazırlanmasında iştirak etdiklərinə görə səkkiz nəfərin saxlanılması barədə məlumat yayılıb.
Onların arasında beş Rusiya, üç Ermənistan və Ukrayna vətəndaşı da var.
FTX-nin məlumatına görə, partlayıcı qurğunun çatdırılma marşrutu Bolqarıstan, Ermənistan və Gürcüstan ərazilərindən keçib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












