Rusiyaya dron tədürükünə görə İrana qarşı sanksiyalar tətbiq edilə bilər

Avropanın xarici işlər nazirləri İranın Rusiyaya dron tədarükünü müzakirə edəcək. Nəticədə İrana qarşı sanksiyalara dair siyasi razılıq əldə edilə bilər.
Bu barədə məsələ ilə tanış olan iki diplomat məlumat verib.
Xatırladaq ki, oktyabrın 10-da Rusiya qoşunları müharibənin başlanmasından bu yana Ukraynaya ən kütləvi raket zərbəsi endirib. Üstəlik hücum zamanı “Shahed-136” tipli dronlarından da istifadə edilib.
Qeyd edilir ki, “Shahed-136” dronları “Geran-2” adı altında kamuflyaj edilir. Lakin konstruksiyasına görə modeli müəyyən etmək mümkün olub.
İran isə Rusiyaya dronların təhvilini inkar edir, Kremldən də məlumatla bağlı açıqlama verilmir.
Bazar ertəsi nazirlərin Lüksemburqda keçiriləcək görüşü öncəsi hazırlıq iclasları baş tutub. Bu iclaslara istinad edən diplomatların sözlərinə görə, pilotsuz uçuş aparatlarının fəaliyyəti araşdırılıb və hazırda bu mövzu gündəmdədir.
Diplomatlar qeyd ediblər ki, bazar ertəsi yeni sanksiya siyahıları üzrə razılaşma mümkün olmasa da, sonrakı mərhələdə sanksiyalara zəmin yaradacaq siyasi razılaşma əldə edilə bilər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












