Sabiq nazir: “Sülh sazişi ermənilərin də maraqlarına uyğundur”

Oktyabr ayının 31-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində görüş keçiriləcəyi gözlənilir. Görüşün təşəbbüskarı Rusiya lideri Vladimir Putindir.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Putinin Azərbaycan və Ermənistan liderlərini üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrini müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət etdiyini bildirib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Unikal”a açıqlamasında görüşün mümkün nəticələri ilə bağlı fikirlərini söyləyib:
“Yəqin ki, artıq görüşdə müzakirə olunacaq məsələlər bəllidir. Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında imzalanmalı olan sülh sazişi görüşün əsas müzakirə mövzusu olacaq. Bununla yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri də çox önəmlidir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin olacağını da təxmin edirəm.
İnanıram ki, bütün bu müzakirələrdən sonra hər hansı nəticə əldə olunacaq. Görüşlə bağlı həm Ermənistan, həm də Azərbaycan tərəfi bəyanat verib”.
“Lakin delimitasiya və demarkasiya işləri aparılmasa, sülh sazişi imzalanmasa, sərhəddə təxribatlar davam edə bilər. Erməni təxribatlarının qarşısını almağın ən yaxşı yolu sülh sazişinin imzalanmasıdır. Sülh sazişi ilə Zəngəzur dəhlizinin də açılması olduqca vacibdir. Gərək biz Ermənistan tərəfini sülh sazişini imzalamağa təhrik edək. Ermənilər unutmamalıdırlar ki, bu onların milli maraqlarına uyğundur”, - deyə E.Məmmədyarov bildirib.
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA










