Sabirabadda 2,5 km-lik yol problemi: şagirdlər dərsə, xəstələr həkimə vaxtında gedə bilmir

Sabirabad rayonunun Moranlı kəndində yollar bərbad hala düşüb və buna görə də problem sakinlərin işini xeyli çətinləşdirib.
Bu barədə "Report"un Aran bürosuna kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, artıq problem bir neçə ildir mövcuddur və dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Amma hər dəfə müxtəlif vədlər verilsə də, problem bu günədək öz həllini tapmayıb.
Sakinlər bildiriblər ki, kəndin uzunluğu 2,5 kilometr olan daxili yolu bərbad vəziyyətə düşdüyündən yay aylarında toz-torpaqdan, payız-qış aylarında isə palçıqdan hərəkət etmək müşkülə çevrilib. Bu səbəbdən uşaqlar da məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər və bu da onların dərs davamiyyətlərinə mənfi təsir göstərib.
Onların fikrincə, kənddaxili avtomobil yolları əsaslı təmir edilmədiyindən nəqliyyat vasitələri də tez-tez sıradan çıxır. Eləcə də sakinlər xəstələrini vaxtında rayon mərkəzinə çatdırmaqda, təcili yardım maşınları isə xəstəyə köməyə vaxtında gəlməkdə çətinlik çəkirlər.
Moranlı kənd bələdiyyəsindən məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirilib ki, kənddaxili yolları təmir etmək üçün kifayət qədər vəsait yoxdur. Qeyd olunub ki, əhalidən yığılan vergi gəlirləri hesabına təmir işləri həyata keçirilir. Kənddə isə vergi ödənilmədiyindən bu kimi çətinliklər yaranır. Bununla belə, yolun təmiri ilə bağlı yaxın vaxtlarda lazımi tədbirlər görüləcəyi və sakinlərin probleminin aradan qaldırılacağı vurğulanıb.
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA










