Sabunçuda səkinin zəbt olunması barədə AÇIQLAMA - FOTO - YENİLƏNİB

Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi ərazidəki səkinin zəbt olunması ilə bağlı açıqlama verib.
Qurumdan oxu.Az-a bildirilib ki, məsələ barədə artıq tədbir görülüb. Vətəndaşların rahat şəkildə səkidən istifadə etməsi üçün bütün lazımi tədbirlər görülüb.
16:58
Sabunçu rayonunda səki zəbt olunub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, rayonun Zabrat qəsəbəsi, Babək küçəsində qanunsuz olaraq maşınlar səkini bütünlüklə zəbt etdiyi üçün piyadalar üçün təhlükə yaranır.
Sakinlər bildiriblər ki, sözügedən yolda ümumiyyətlə səki anlayışı yoxdur.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan oxu.az-a bildirilib ki, məsələ ilə bağlı polisə müraciət edilib:
“Zabrat qəsəbəsi, Babək küçəsində piyadaların sərbəst hərəkətinin təmin edilməsi üçün səki hissədə avtomobillərin parklanmasının qarşısının alınması məqsədilə Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə müraciət olunub”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












