Salyanda ana doğuşdan sonra ölüb - VİDEO

Salyanda ana doğuşdan sonra ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gecə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Dördlər kənd sakini, 32 yaşlı Gülnarə Mahir qızı Hümmətova yanvarın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub. Valideynlərinin razılığı ilə cərrahiyyə şöbəsində qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Bir neçə saatdan sonra valideynləri qızları ilə əlaqə saxlayıb.
Mahir Əzizovun dediyinə görə, bundan sonra həkimlər qızına təcili qan lazım olduğunu bildirib. 3 nəfər Şirvan şəhər xəstəxanasına göndərilib, qan verdikdən sonra əlavə qan gətiriblər. Qan vurulduqdan sonra qızları ilə yenidən əlaqə saxlayıblar. Ötən gün axşam saatlarında Gülnarənin halı ağırlaşıb. Və o axşam xəstəxanada dünyasını dəyişib. Gülnarənin valideynləri qızlarının ölümündə həkimləri təqsirləndirirlər.
Məsələyə aydınlıq gətirmək üçün xəstəxananın doğum şöbəsinin müdiri İradə Ağalarovaya görüşdük. Kamera qarşısında müsahibə verməkdən imtina etsə də, şifahi olaraq bildirdi ki, Gülnarə Hümmətova xəstəxanaya daxil olan zaman şikayətləri kəskin baş ağrısı, epiqastrol nahiyədə ağrı, qarının aşağı hissəsində ağrılar, təzyiqi isə 165-in 100-ə olub.
Gülnarə Hümmətovanın ölümü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra qadının ölüm səbəbi məlum olacaq.
Qeyd edək ki, qadının 3 azyaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












