Salyanda milli parkda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Salyan rayonunda yerləşən Şirvan kollektorunda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib.
Report xəbər verir ki, reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balıqçılar ittifaqı ilə birlikdə təşkil olunub.
Aksiyanın məqsədi sintetik torlarla vasitəsilə balıq ovlayanlarla mübarizə aparmaqdan ibarətdir.
3 saylı regional ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli "Report"a bildirib ki, reydlər davam etdiriləcək: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Balıqçılar İttifaqı ilə birgə Baş Şirvan kollektorunun Xəzər dənizinin mənsəbində brokonyerliyə qarşı kollektor hövzəsində quraşdırılmış qanunsuz balıqovlama alətlərinin demontaj edilməsi ilə bağlı tədbirlərə başlamışıq. Üzü Salyan yolu istiqamətində tədbirlərimiz davam etdiriləcək".
Kənan Kərimli
Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə "Report"a deyib ki, yaz qabağı balıqların kürütökmə mövsümünə hazırlıq getdiyinə görə ETSN ilə birgə Şirvan kollektorunda qanunsuz balıq ovuyla məşğul olan, burada qurulan qanunsuz alətləri aşkarlanaraq məhv ediləcək: "Azərbaycanın təbiətini, dənizini qorumaq onun sərhəddini qorumaq kimidir. Bu işlər Azərbaycanın gələcəkdə bioresuslarının artmasına böyük yardım edək. Gələcək nəsillər də bunun səmərəsini görsün".
Qeyd edək ki, balıqçılar milli parkın yaxınlığından keçən baş Şirvan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə brokonyerliklə mübarizə aparırlar.















12:29
Salyan rayonunda yerləşən milli parkda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Balıqçılar ittifaqı ilə birlikdə təşkil olunub.
Aksiyanın məqsədi sintetik torlarla vasitəsilə balıq ovlayanlarla mübarizə aparmaqdan ibarətdir.
Qeyd edək ki, balıqçılar milli parkın yaxınlığından keçən baş Şirvan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə brokonyerliklə məşğul olurlar.


Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı








