Şantaj edərək bu hotellərdən pul alırmış... - FOTO

Şantaj ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən “Azerinfo.az” saytının rəhbəri İbrahim Hümbətovun həbsi ilə bağlı təfərrüatlar məlum olub.
Qafqazinfo-nun əldə etdiyi istintaq materiallarına əsasən, o, paytaxtın bir neçə rayonunda yerləşən mehmanxana icarədarlarını, həmçinin müxtəlif qurumların rəhbərlərini şantaj edərək onlardan pul tələb edib.
İbrahim Hümbətov sayt rəhbəri olduğunu deyərək Xətai rayonunun Babək prospektindəki “Dalğa” və Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən “Maral” adlı hotellərin icarədarlarını həmin məkanların əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat yaymaqla hədələyib. O, icarədarlardan mütəmadi olaraq aylıq pul alıb- “Maral”ın icarədarı 1 il ərzində hər ay 50 manat (ümumilikdə 650 manat), “Dalğa”nın icarədarı isə hər ay 30 manat (ümumilikdə 1010 manat) verib.

İstintaq zamanı müəyyən olunub ki, Hümbətov yalnız mehmanxana sahibləri ilə kifayətlənməyib. O, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi, Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinin rəisini də müxtəlif formada şantaj edib və onlardan da pul alıb.
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hümbətov ittihamları qəbul etməyib və deyib ki, həmin şəxslər ona xəstəliyi ilə bağlı yardım məqsədilə könüllü şəkildə pul veriblər.
Lakin zərərçəkmiş şəxslərin ifadələri və toplanmış digər sübutlar əsasında İbrahim Hümbətovun təqsiri sübuta yetirilib. Hökmə əsasən, o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












