Şəmkirdə 27 min manatlıq oğurluq edən şəxs tutulub

Şəmkirdə evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş F.Torçiyevlə birgə daha bir evdən 12.000 manat pul, digər evdən isə 143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və içərisində bank kartı olan cüzdan oğurlaması, həmyerlisi, əvvəllər məhkum olunmuş X.Qarayev və E.Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Torçiyev, X.Qarayev və E.Zeynalov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












