Şirvan Şəhər Gənclər evində təlim-seminar keçilib - FOTO

Şirvan Şəhər Gənclər evində "Erkən nikah, düşünülməmiş addım" mövzusunda təlim-seminar keçilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları, Təhsil şöbəsinin və Mərkəzi Xəstəxananın nümayəndələri, eləcə də Şirvan Şəhər Peşə Məktəbinin tələbələri iştirak ediblər. Görüşün əvvəlində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Farid Vəliyev erkən nikahların fəsadları barədə çıxış edərək tədbir iştirakçılarına yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. Tələbələrə əsasən təhsilə maraq göstərməli olduqlarını bildirən rəis müavini, onların gələcəyin müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar da bu cür halların yolverilməz olduğunu, gənclərin yeniyetmə vaxtlarında erkən nigaha daxil olması qanunla qadağan olduğunu bildiriblər.
Tədbir zamanı erkən nikahların fəsadları ilə bağlı videoçarxlar nümayiş etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA















