Sobçak Belarus-Litva sərhədini piyada keçib - VİDEO

Xəbər verdiyimiz kimi, rusiyalı aparıcı və ictimai xadim Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib. O, Belarusdan Litvaya gedib.
Avtosfer.az xəbər verir ki, aparıcının Belarus-Litva sərhədini piyada keçdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
TASS-ın xəbərinə görə, K. Sobçak “Rostex” dövlət korporasiyasından hədə-qorxu ilə tələbetmə işində şübhəli bilinir.
Sobçak özü məsələni şərh etmir. TASS qeyd edir ki, irəli sürülmüş ittihamlar aparıcının 15 ilədək həbs olunması ilə nəticələnə bilər.
Xatırladaq ki, K. Sobçakın kommersiya direktrou Kirill Suxanov və “Tatler”in eks-baş redaktoru Arian Romanovski bu cinayət işi ilə bağlı saxlanılıblar. Məhkəmə onların həbs olunub-olunmayacaqları ilə bağlı qərar verəcək.
***
Litva tərəfi Sobçakın ölkəyə gəldiyini təsdiqləyib.
Litva Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Darüs Yaunişkis bildirib ki, Sobçak İsrail vətəndaşıdır: “Bununla da o, Litvaya gələ bilər, viza tələb olunmur və burada 90 gün qala bilər”.
“Qafqazinfo”
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












