Şöbədə arvadını öldürən polislə bağlı YENİ QƏRAR

Arvadını öldürməkdə təqsirli bilinən Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun barəsində olan hökmdən verilən şikayətə baxılıb.
Avtosfer.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, İsmayıl Məmmədovun barəsində olan cəzanın yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti mülki iddia hissəsində qismən təmin olunub.
Zərərçəkmiş tərəfin İsmayıl Məmmədova qarşı qaldırdığı mülki iddianın məbləği artırılıb və 10 min manat təzminatı İsmayıl Məmmədovdan tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar qəbul edilib.
Hökm cəza hissəsində isə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Birinci instansiya məhkəməsində zərərçəkmişin hüquqi varisinin qaldırdığı 205 min manatlıq mülki iddiadan yalnız 8 min manatı təmin olunmuşdu.
İttihama görə, ötən ilin sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsində Xanım Məmmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov qeyd edilən tarixdə xidmətdə olarkən həmin vaxt Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı










