SOCAR Ukraynaya idxal etdiyi aviasiya kerosininin həcmlərini açıqladı

2021-ci ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkəti bu ölkəyə 0,7 min ton aviasiya kerosini idxal edib.
Avtosfer.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupun hesabatında deyilir.
Məlumata görə, ölkəyə idxal edilən aviakerosinin 0,5 min tonu Litvadan tədarük edilib. Həmçinin, ötən ay SOCAR Belarusdan Ukraynaya 0,2 min ton bu növ yanacaq gətirib.
Bu ilin yanvar ayında Ukrayna aviasiya kerosinin idxalı 2020-ci ilin eyni ayı ilə müqayisədə 43 % azalaraq 6,9 min ton təşkil edib. 2020-ci ilin yanvar ayında bu həcmlər 12,2 min ton təşkil edib.
Belə ki, ötən ay Ukraynaya tədarük edilən aviasiya kerosinin 3,5 min tonu dəniz yolu ilə İtaliyadan gətirilib. Bütün bu həcmləri “Treyd Kommoditi” şirkəti tədarük edib.
Ötəb ay Litvadan ümumilikdə 3,2 min ton məhsul idxal edilib ki, bu da 2020-ci ilin ilk ayının göstəriciləri ilə müqayisədə 57 % azdır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












