Sülhməramlılar Laçında erməni bayrağını çıxardılar - "Azərbaycanlıları gözləyirik"
Xəbərlər
2 Fevral 2021 15:12

Noyabrın 30-da saat 18:00-da Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərin öz evlərini tərk etmə müddəti başa çatıb. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar.
Üçtərəfli bəyanata görə, Laçın rayonu dekabrın 1-dək Azərbaycana verilməlidir. Laçının qaulyayteri Müşeq Alaverdyan əvvəlcə insanların təhlükəsizlik baxımından evlərini tərk etdiklərini söyləmişdi. Ancaq bu gün məlumat alınıb ki, Rusiyanın sülhməramlı kontingentinin şəxsi heyətinə xidmət etmək üçün 200 nəfər Laçında qalmalıdır.
Avtosfer.az xəbər verir ki, jurnalist Arman Qəribyanın Laçından Ermənistanın lragir.am. nəşrinə verdiyi məlumatda belə deyilir. "Dünən administrasiyanın başçısı mənə demişdi ki, insanlar qalır, amma bu gün o, artıq yerindədir, kəndlərə gedir ki, insanların onları tərk etdiklərinə əmin olsun. Mən administrasiya aparatının başçısı David Davtyanla görüşdüm, dedi ki, dünən onların naziri burada olub və deyib ki, həmin icmaların üçü ermənilərin nəzarəti altında qalır. Amma bu gün səhər onlara həmin nazirlikdən zəng edib deyiblər ki, saat 18:00-dək əhali icmaları tərk etməlidir. Laçında yalnız 200 nəfər xidmətçi-işçi kimi qala bilər. Bu insanların siyahısını Rusiya sülhməramlıları verib ki, onlar üçün buraxılış yazsınlar", - deyə o bildirib.
Arman Qəribyanın sözlərinə görə, administrasiyada azərbaycanlıların icmalara nə vaxt gələcəyini bilmirlər: "Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar".
"Zabuxda evə qayıtmaq ümidi ilə onları yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq", - deyə o vurğulayıb.
Laçında əsasən Ermənistan sakinləri yaşadıqlarına görə, onlar yenidən Ermənistana qayıdırlar. "Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır", - deyə o qeyd edib.///Virtualaz.org
Oxunub : 2238
DİGƏR XƏBƏRLƏR
17 Sentyabr 2026 21:51
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
17 Sentyabr 2026 21:40
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
17 Sentyabr 2026 18:52
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
17 Sentyabr 2026 18:27
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
17 Sentyabr 2026 15:53
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
16 Sentyabr 2026 22:03
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
16 Sentyabr 2026 21:40
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
16 Sentyabr 2026 18:57
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
16 Sentyabr 2026 18:28
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
15 Sentyabr 2026 21:15
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
15 Sentyabr 2026 20:47
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 Sentyabr 2026 18:15
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
ŞƏRH YAZ










