Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlayıb

Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yeniliyin tətbiqinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və “PAŞA Bank” ASC-nin birgə layihəsi olaraq şəhər nəqliyyatında nağdsız ödəniş sisteminə keçilir.
İctimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunur. Artıq avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Artıq sərnişinlər kontakstsız işarəsi olan bütün bank, əmək haqqı, pensiya və təqaüd kartları ilə, eyni zamanda NFC funksiyası olan cihazlar, virtual kartlar, hətta xarici bank kartları ilə ictimai nəqliyyatda ödniş edə bilərlər.
Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə edə bilər. Balansı isə eManat və MilliÖn ödəmə terminalları vasitəsilə artırmaq mümkündür.
Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacaq.
"Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir. Marşurut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir. Son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 200-dən çox müasir tələblərə cavab verən avtobuslar verilib"-İcra Hakimiyyətinin açıqlamasında deyilir
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












