Sürücülərə şad xəbər - Aeroporta giriş qaydaları dəyişdi

Bakı hava limanına avtomobillərin girişinə görə ödəniş edilməsi qaydası dəyişib.
Avtosfer.az Fed.az-a istinadən xəbər verir ki, artıq hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb edilməyəcək. Avtomobil hava limanı ərazisində 15 dəqiqədən artıq qaldığı halda, ödəniş hesablanacaq.
Qeyd edək ki, indiyədək olan qaydalara əsasən hava limanına istənidən müddətdə giriş üçün ödəniş tələb olunurdu. Bu da avtomobil sahiblərinin narazılığına səbəb olurdu, çünki dünyanın heç bir yerində sadəcə hava limanı ərazisinə daxil olmaq üçün (parkinqdən istifadə etməməklə) ödəniş tutulmur. Bu mənada yeni qaydadan xüsusilə taksi xidməti göstərən avtomobillər faydalana biləcək.
Paralel olaraq hava limanı ərazisində parkinq üçün yeni qiymətlər də açıqlanıb. Bu qiymətlərə əsasən ödəniş 0-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat, 4-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün isə 5 manat nəzərdə tutulub.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











