Təcili tibbi yardım avtomobillərinə 14 mln. manat xərclənib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Xidməti 14 milyon manata təcili tibbi yardım avtomobilləri alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, NMR Təcili Tibbi Yardım Xidməti sözügedən nəqliyyat vasitələrinin satınalınması üzrə tender keçirib.
Tenderin qalibi "Abşeron Avtomobil Mərkəzi" MMC seçilib. Ümumlikdə 62 müxtəlif təyinatlı təcili tibbi yardım avtomobilinin satınalınması üzrə MMC-yə 13 milyon 789,6 min manat ödənilib. Başqa sözlə bir təcili tibbi yardım avtomobilinin orta qiyməti 222,4 min manat təşkil edib.
Qeyd edək ki, "Abşeron Avtomobil Mərkəzi" "Mercedes" markalı avtomobillərin satışını həyata keçirir. Şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 90 manat, qanuni təmsilçisi isə Kamran Nazim oğlu Hüseynovdur.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












