Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər və media nümayəndələri Azərbaycanın suverenliyini, təhlükəsizliyini, dövlət-din münasibətlərini və idarəçilik sistemini hədəf alır, dini radikalizmi təşviq edir, dini nifrət və düşmənçiliyi qızışdırmağa, həmçinin hakimiyyəti zorla dəyişdirməyə çağırırlar.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qeyd olunanlar nəzərə alınaraq, mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən, düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində "arzuolunmaz şəxs" elan edilib. Onların ölkə ərazisinə girişinə qadağa qoyulub.
Həmin şəxslərin siyahısını təqdim edirik:
1. Ehsan Movəhhediyan - siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbatəbai Universitetinin müəllimi;
2. Əhməd Fərşbafiyan - Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri;
3. Kamran Qəzənfəri - İran İslam Şurası Məclisinin deputatı;
4. Əlirza Beyqi - İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi;
5. Əbülfəzl Zöhrəvənd - İran İslam Şurası Məclisinin deputatı;
6. Abbas Moqtədayi Xorasqani - İran İslam Şurası Məclisinin deputatı;
7. Əlirza Səlimi - İran İslam Şurası Məclisinin deputatı;
8. Hüseyn Şəriətmədari - "Keyhan" qəzetinin baş redaktoru;
9. Ayətullah Möhsün Əraki - İranda ali rəhbəri seçən Ekspertlər Məclisinin və Məsləhət Şurasının üzvü;
10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani - Qum Elmi Hövzəsinin Müəlliflər və Müəllimlər Cəmiyyətinin üzvü, Qum şəhərindəki Əimmeyi-Əthar Fiqh Mərkəzinin rəhbəri;
11. Əbdül Hüseyn Xosrov Pənah - İran Ali Mədəni İnqilab Şurasının katibi;
12. Hüccətül-islam Qulamrza Kavaşi - Təbriz imam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri, İran ali rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;
13. Daryuş Səfərnejad - professor, siyasi ekspert;
14. Əhmədrza Musəvi - aktyor və teleaparıcı.
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO












