Banner

Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO

Gündəm 3 Noyabr 2026 19:30
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sumqayıt sakinləri ərazidə illər əvvəl quraşdırılan işıq dirəklərindən narazıdır.

Avtosfer.az xəbər verir ki, vətəndaşın sosial mediada yaydığı videoda bu barədə aidiyyəti qurumlara şikayət edib.

O bildirib ki, şəhərin 8-ci mikrorayonu ərazisində, 17 nömrəli məktəbin yaxınlığında Sovet dövründə quraşdırılan işıq dirəkləri artıq yararsız hala düşüb. Beton lövhəli üzlüyü olan dirəklərin artıq betonu tökülüb, digər tərəfdən uzun illərin deformasiyası nəticəsində əyilən metal hissələr də artıq əyilib.

Sakinlər bu dirəklərin bir gün qırılıb hansısa məktəblinin, ya da başqa şəhər sakinin başına düşməsindən, avtomobillərə zərər vurmasından narahatdır.

Vətəndaşlar aidiyyəti qurumların məsələni tez müddətdə nəzarətə götürməsini və həllini tələb edir.

Səfər

bax.tvhttps://player.bax.tv/embed/228467.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 210
ŞƏRH YAZ
Ad

E-mail

Şərh