Banner

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

Xəbərlər 2 Noyabr 2026 18:44
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
WhatsApp kanalımıza abunə olun

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.

Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.

Qeyd edək ki, Elgün Səmədov 2016-cı ilin Aprel döyüşləri zamanı 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı icra edib. O, Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Oxunub : 198
ŞƏRH YAZ
Ad

E-mail

Şərh