Banner

Qazaxda 33 yaşlı kişi bıçaqlandı: Məktəbli saxlanıldı

Hadisə 4 Noyabr 2026 08:36
Qazaxda 33 yaşlı kişi bıçaqlandı: Məktəbli saxlanıldı
WhatsApp kanalımıza abunə olun

Qazaxda 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən məktəbli saxlanılıb.

Qazax rayon Yuxarı Salahlı kənd sakini, 33 yaşlı X.Vəkilovu bıçaqlamaqda şübhəli bilinən 15 yaşlı A.G. polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh