Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib

Məlum olduğu kimi yanvarın 25-dən etibarən artıq müəyyən istisnalar olmaqla bəzi ticarət obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə icazə verilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, buna baxmayaraq “Covid-19” virusu ilə mübarizədə dövlətimizin əldə edilən uğurların və xəstəliyə yoluxma sayında müşahidə edilən müsbət dinamikanın qorunub saxlanılması məqsədi ilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi olaraq nəzarət profilaktik tədbirlər davam etdirilir: “Reydlər zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə marketlərdə, apteklərdə və qapalı ticarət obyektlərində nəzarət gücləndirilib. Polis əməkdaşları paytaxtın hər bir nöqtəsində yerləşən fəaliyyətinə icazə verilən ticarət obyektlərinin sahibkarları və işçiləri ilə maarifləndirilici söhbətlər apararaq onlara sanitar epidemoloji normalara riayət olunması üçün tövsiyələr edirlər. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, eləcə də edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə polis əməkdaşları tərəfindən inzibati tədbirlər həyata keçirilir.
Onu da qeyd edək ki, polislər tərəfindən bu cür profilaktik tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi olaraq davam etdiriləcək”.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












