Banner

Trampdan "Lukoyl"la bağlı AÇIQLAMA

Xəbərlər 25 Oktyabr 2026 22:45
Trampdan "Lukoyl"la bağlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Rusiya ilə Alyaskada təbii qaz və “Lukoyl” şirkəti ilə bağlı müzakirə edilən sazişlər gələcəkdə reallaşa bilər.

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Rusiya ilə əldə olunan razılaşmalardan danışarkən bildirib.

“Rusiya ilə əldə etdiyimiz yeganə razılaşma onların dünya bazarına neft çıxarması ilə bağlı olub. Onlar nefti bizə deyil, dünyaya təqdim etdilər. Bu, çox yaxşı addım idi”, – deyə o vurğulayıb.

Donald Tramp Rusiyada saxlanılan bir ABŞ vətəndaşının azad edilməsinə də toxunub. Onun sözlərinə görə, həmin şəxsin azadlığa buraxılması üçün birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət edib və bunun müqabilində heç bir güzəştə getməyib.

Alyaska qaz layihəsi və “Lukoyl” ilə bağlı mümkün razılaşmaları şərh edən ABŞ Prezidenti deyib ki, bunlar müəyyən mərhələdə həyata keçiriləcək sazişlərdir. “Lakin biz neft sənayesinin girovuna çevrilmək niyyətində deyilik. Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamamalı idi. Biz həmin müharibəyə son qoymalıyıq”, – deyə Tramp əlavə edib.

 

Oxunub : 114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh