Banner

Nazirdən müharibə anonsu: Geri sayım başladı – 1000 gün vaxt qalıb

Xəbərlər 25 Oktyabr 2026 16:45
Nazirdən müharibə anonsu: Geri sayım başladı – 1000 gün vaxt qalıb
WhatsApp kanalımıza abunə olun

“Britaniya artıq 1000 gün ərzində müharibəyə hazır olmalıdır”.

Avtosfer.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Uez Stritinq “The Telegraph” qəzeti üçün yazdığı məqalədə qeyd edib.

“Düşmənlərimizin bizə zərər vermək istəyi yeni deyil. Dəyişən onların imkanlarıdır. 2030-cu ilə qədər onların hərbi gücü və iqtisadiyyatı hücuma keçmələrinə imkan verə bilər. Beləliklə, qarşımıza qoyulan vəzifəni yerinə yetirmək, mübarizəyə hazırlaşmaq və qələbə qazanmaq üçün 1000 gündən bir qədər artıq vaxtımız var”, – deyə o yazıb.

Böyük Britaniyanın müdafiə nazirinin fikrincə, London xüsusilə NATO və ABŞ ilə ittifaqlarını gücləndirməli, eyni zamanda innovasiya və istehsal sahələrində üstünlük qazanmaq üçün sənaye bazasını bərpa etməlidir.

Stritinq həmçinin Britaniya silahlı qüvvələrinin hələlik tələb olunan döyüş hazırlığı səviyyəsinə çatmadığını etiraf edib.

Bir neçə gün əvvəl məlum olub ki, Böyük Britaniyada 20 ildən sonra ilk dəfə tank toplarının lülələrinin istehsalı bərpa edilib. Zavod Tel ford şəhərində açılıb. Britaniya hökuməti isə dörd il ərzində müdafiəyə ayrılması nəzərdə tutulan 298 milyard funt sterlinqin iqtisadi artıma təkan verəcəyini bildirib.

Bundan əvvəl Britaniya Hərbi Dəniz Qüvvələrinin istefada olan kommodoru Stiv Cermi NATO qoşunlarının Kalininqrada hücum etməyə cəhd göstərəcəyi təqdirdə Rusiya ordusunun onları məhv edəcəyini bəyan edib.

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh