Deputatın oğlu barəsində 4 aylıq həbs qərarı verildi

Xətaidə ölümlə nəticələnən kütləvi davadan iştirakçı olan millət vəkili Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə hakim qarşısına çıxarılıb.
Avtosfer.az unikal-istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Əhməd Əlizadə barədə qərar qəbul edilib.
Qərara əsasən, deputatın oğlu barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik və təşkilat tərkibində iştirak etmə) 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü (Narkotiklərlə bağlı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əhməd Əlizadə əvvəlcə Xətai Rayon Məhkəməsində gətirilib.
Lakin Xətai Rayon Məhkəməsi hakimlərinin öz-özlərinə etirazına görə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xətai hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.
Bakı Apellyasiya Məhkəməsində qəbul edilən qərara əsasən, iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Əhməd Əlizadənin atası A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir, qardaşı Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsində hakimdir.
Qeyd edək ki, hadisə "Ab-hava" restoranında qeydə alınıb. Kütləvi dava zamanı "Ceyhun Sabunçu" adı ilə tanınan Ceyhun Mirağayev bıçaqlanaraq qətlə yetirilib.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












