Banner

Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO

Gündəm 25 Oktyabr 2026 18:00
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar verilib.

Avtosfer.az Real TV-yə istinadən xəbər verir ki, Emin Rəhimov və Elmar Cəfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Şübhəli bilinən digər şəxslərin də ifadələri davam edir.

***17:30
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.

Avtosfer.az Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.
 

bax.tvhttps://player.bax.tv/embed/228177.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

***

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.

Avtosfer.az  Real TV-yə istinadən xəbər verir ki, hazırda iki nəfər hakim qarşısına çıxarılıb.

Qeyd olunur ki, şübhəli şəxslər Xətai Rayon Məhkəməsində ifadə verəcəklər.

Qeyd edək ki, hadisə zamanı öldürülən Ceyhun ətrafında "Ceyhun Sabunçu" adı ilə tanınıb.

Məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib. Əhməd Əlizadə əvvəllər də işlədiyi cinayət əməllərinə görə məhkum olunub.

Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Onlardan Elmar Cəfərov və Emin Rəhimov qəsdən adam öldürməkdə şübhəli bilinirlər.

FOTO QALEREYA
Oxunub : 420
ŞƏRH YAZ
Ad

E-mail

Şərh