Türkiyə mallarını boykot edən Paşinyan türk otelində qalır

Dövlət büdcəsi Türkiyənin bir şəhərinin büdcəsi qədər olan Ermənistanda Türkiyəyə sanksiya tətbiq etmək, onun iqtisadiyyatına ziyan vurmaq məqsədi ilə dövlət səviyyəsində türk mallarının ölkəyə gətirilməsi qadağan olunub.
Report-un xəbərinə görə, rəsmi Yeravanın bu boykot kampaniyasına baxmayaraq, ölkənin baş naziri Nikol Paşinyan xaricə səfər zamanı türk malları və xidmətlərinə daha çox üstünlük verir.
Baş nazir Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə gedib. N.Paşinyan Qazaxıstanın ən böyük şəhərində gecələmək üçün məhz türk iş adamı Fettah Taminceyə məxsus “Rixos” otellər şəbəkəsinin beşulduzlu mehmanxanasında qalıb.
Bundan başqa, erməni politoloq Andranik Ovannisyanın teleqramda yazdığına görə, baş nazir Qazaxıstana 50 mühafizəçi ilə yollanıb. Onların əksəriyyəti müşavir və mütəxəssis kimi qeydiyyatdan keçiblər. Baş nazirin qorxuduğuna işarə edən politoloq mühafizəçilərin bütün sutka boyu həm otelin daxilində, həm də xaricində növbətçilik etdiyini bildirib: “Baş nazirin nömrəsində hələ də işıq sönməyib, görünür, yata bilmir. Yəqin, rusca mətn əzbərləyir”.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












