Türkiyə MN: Göndərdiyimiz minatəmizləyənlər uğurla sınaqdan keçib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycana göndərilən minatəmizləyən maşınların sınaqdan keçirilməsi ilə bağlı məlumat yayıb.
Avtosfer.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, Hərbi Zavod və Tərsanə Müəssisəsi (HFTM) tərəfindən istehsal edilən Mexaniki Minatəmizləmə Təchizatı (MEMATT) Azərbaycanda bütün sınaqlardan keçib.
İlk dəfə Azərbaycana ixrac olunan MEMATT-ların sınaq və təlim işlərini Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov və HFTM nümayəndələri müşahidə edib.
Qeyd olunub ki, MEMATT-ın Türkiyə Silahlı Qüvvələrinə istismara verilməsi ilə eyni zamanda aparılan ixracat fəaliyyətlərindən müsbət nəticə alınaraq Azərbaycana 20 maşının çatdırılmasına dair razılaşma imzalanıb.
Türkiyənin öz daxili imkanları hesabına istehsal etdiyi, məsafədən idarəolunan və insansız sistemə malik MEMATT minatəmizləmə fəaliyyətində itkilərin qarşısını almaq məqsədilə hazırlanıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












