Türkiyədən Bakı-Tbilisi-Qars marşrutu ilə ilk qatar Rusiyaya çatıb - FOTO

Türkiyədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner qatarı bu gün Rusiyanın Vorsino logistika mərkəzinə (Kaluqa vilayəti) gəlib.
Türkiyənin Rusiyadakı səfirliyinin “Twitter” səhifəsində bu barədə bildirilir.
Qeyd edilir ki, bu marşrut üzrə Rusiya Federasiyasına ixrac ilk dəfə reallaşır. 16 konteynerdə ümumilikdə qabyuyan maşınlar və qaz sobaları olub.
Daha əvvəl yüklər dəniz yolu ilə daşınıb, bu isə həm qiymət, həm də müddət baxımından daha bahadır.
Yeni nəqliyyat dəhlizi hər iki göstəricinin azaldılmasına və Rusiya ilə Türkiyə arasındakı ticarətin sadələşdirilməsinə kömək edəcək.
Qatar 29 yanvarda Ankaradan yola çıxıb, sonra Gürcüstan və Azərbaycan ərazisindən keçərək bu gün, 9 fevral tarixində təyinat yerinə - Kaluqa vilayətinə çatıb.
Bölgə rəhbərliyi, Rusiya Dəmir Yolları və Türkiyənin Rusiyadakı səfirliyinin nümayəndələrinin qatıldığı logistika kompleksdə rəsmi qarşılama mərasimi keçirilib.
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar yeni nəqliyyat dəhlizinin fəal şəkildə istifadə ediləcəyinə, rus və türk xalqlarını birləşdirən “dostluq körpüsü” olacağına inandığını bildirib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












