Türkiyədən Rusiyaya Bakı-Tibilisi-Qars dəmir yolu ilə ilk yük qatarı yola düşdü

Türkiyə “Dəmir İpək Yolu” adlanan yeni nəqliyyat dəhlizi üçün strateji əhəmiyyətli bir mərkəzə çevrilib.
“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu bu barədə Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu ilə Rusiyaya ilk yük qatarının göndərilməsi mərasimində deyib.
“Qatar Rusiya Federasiyasının Vladimirski vilayətinə qədər 4650 km məsafəni qət etməli olacaq. 15 vaqonda, 15 konteynerdə Türkiyə istehsalı olan 3 321 ədəd paltaryuyan maşın, sobalar müştərilərə göndərildi”, - deyə o bildirib.
Türkiyəli nazir son vaxtlara qədər Rusiya bazarına malların tədarükünün avtomobil və ya dəniz nəqliyyatı ilə həyata keçirildiyini xatırladıb:
“Bu gün ixracatçılar dəmir yolu nəqliyyatına üstünlük verirlər ki, bu da dəmir yolu şəbəkəsinə olan inamın artmasını göstərir”.
Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri Asiya və Avropada yükdaşıma tarixində mühüm bir mərhələ olan BTQ-nın 30 oktyabr 2017-ci il tarixində istifadəyə verildiyini qeyd edib.
O bildirib ki, layihə Türkiyədən Çinə marşrutun bir aydan 12 günədək qısaldılmasına imkan verir.
Karaismayıloğlu həmçinin vurğulayıb ki, BTQ Bosfor boğazı yaxınlığındakı Mərmərə dəmir yolu xəttinə qoşulduqdan sonra Cənub-Şərqi Asiyadan Qərbi Avropaya malların çatdırılma müddəti 18 günə qədər azalıb.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












