UNİCEF-in Əfqanıstana göndərdiyi yardım Bakı Limanından yola salındı - FOTO

BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) tərəfindən Türkiyədən Əfqanıstana göndərilən hər biri 18 ton yük daşıyan 4 ədəd TIR, bu gün günorta saatlarında Bakı Limanına çatıb.
Limandan bildirilib ki, əsasən məktəbli ləvazimatlarından ibarət olan 72 tondan çox yük, Limanının peşəkar komandası tərəfindən operativ şəkildə boşaldılaraq 45 futluq konteynerlərə yüklənir.
"Yükləmə prosesi başa çatdıqdan sonra yardım gəmiyə yüklənərək Türkmənistana yola salınacaq və daha sonra quru yolu ilə Əfqanıstana göndəriləcək.
Qeyd edək ki, bu növ yüklər əvvəllər digər beynəlxalq nəqliyyat dəhlizləri vasitəsi ilə təyinat ölkəsinə çatdırılırdı, lakin ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin dayanıqlığı, stabilliyi və rahatlığı baxımından artıq bir çox yük sahibləri məhz bu dəhlizə üstünlük verir.
Bakı Limanı olaraq humanitar yardımın maneəsiz və sürətli daşınmasına dəstək olmaqdan böyük məmnunluq duyuruq", - məlumatda deyilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA















