ÜST Avropa İttifaqını qınayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vaksin ixracına nəzarət qaydaları ilə bağlı qərarına görə Avropa İttifaqını qınayıb.
Avtosfer.az “BBC”yə istinadən xəbər verir ki, ÜST rəhbərinin müavini Mariancela Simao qərarın “narahatedici trend” olduğunu qeyd edib. Daha əvvəl isə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus “vaksin millətçiliyi”nin virusdan sonrakı bərpa prosesini uzada biləcəyini bildirib.
Qeyd edək ki, Avropa Komissiyası yanvarın 29-da Avropa İttifaqında istehsal edilmiş və ittifaqla qabaqcadan satınalma sazişinə daxil olan COVID-19 vaksinlərinin ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya da daxil olmaqla 100-ə yaxın ölkəyə ixracına nəzarət mexanizminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.
Şəffaflıq mexanizmi adlandırılan yeni qaydalara əsasən, Aİ ilə qabaqcadan satınalma sazişi olan vaksin istehsalçısı şirkətlər mövcud müqavilənin şərtlərini yerinə yetirmədikləri təqdirdə Aİ ölkələri vaksin ixracını məhdudlaşdırmaq səlahiyyəti əldə edəcək. Qərarı şərh edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, pandemiyanın Avropada və bütün dünyada dağıdıcı təsiri var, vətəndaşların sağlamlığının qorunması ən vacib prioritet olaraq qalır və buna nail olmaq üçün bütün zəruri tədbirlər görülməlidir.
İttifaq daxilində vaksin təminatının gecikməsi ilə əlaqədar qəbul edildiyi bildirilən qərar martın sonunadək qüvvədə qalacaq.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












