Vətən Müharibəsi Qəhrəmanı: “Zəngilanın Sığıt yüksəkliyini düşməndən gecə təmizlədik” - FOTO

“Biz 44 günlük Vətən müharibəsi dövründə Zəngilan rayonunun Sığıt yüksəkliyini düşməndən gecə ilə təmizlədik”.
Bunu “Report”un Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Vətən Müharibəsi Qəhrəmanı Röyal Quliyev deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan-İran dövlət sərhədi bərpa olunduqdan sonra sərhədçilərin qarşısında duran tapşırıqlardan biri də Azərbaycan-Ermənistan dövlət sərhədi boyu strateji yüksəklikləri ələ keçirmək olub.
Onun sözlərinə görə, bunun üçün bölmələr hərəkətə başlayıb: “Əvvəlcə Zəngilanın Vejnəli və Ağbənd kəndləri istqamətindəki yüksəkliklər düşməndən azad edildi. Vejnəli kəndindəki qızıl mədəni zavodu yaxınlığında yerləşən Sığıt yüksəkliyi mühüm strateji əhəmiyyət kəsb edirdi. Həmin yerdə ermənilərin bölmələri cəmləşmişdi və öz mövqelərini möhkəmləşdirmişdi. Bu, çətin tapşırıq olsa da, bizim üçün çox vacib idi. Sığıt yüksəkliyi Ağbənd, Vejnəli və oradakı qızıl mədəni zavodu, həmçinin Ermənistan ərazisində olan müəyyən postları tam nəzarətdə saxlamaq üçün önəmli idi”.
Röyal Quliyev
Buranın düşməndən təmizlənməsi R.Quliyevin rəhbərlik etdiyim bölməyə tapşırılır və gecə vaxtı həmin yüksəkliyə doğru hərəkətə başlayırlar.
“Ərazi relyefinə görə çox çətin idi, lakin buna baxmayaraq, tapşırığın öhdəsindən gəlməyi bacardıq. Bölmələrimizin əvvəlcədən döyüş bacarığı yüksək idi. Sığıt yüksəkliyinə çətinlik çəkmədən qalxdıq. Orada ermənilərin qrupunu məhv etdik və yüksəkliyə Azərbaycanın şanlı üçrəngli bayrağı sancıldı”, - Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.
Mayor söyləyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülməklə yanaşı “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Teyyub Bayramov
Sığıt yüksəkliyi əməliyyatının iştirakçılarından biri də DSX-nin polkovnik-leytenantı Teyyub Bayramov olub. O qeyd edib ki, gecə ilə düşməndən azad olunan yüksəkliyə ermənilər yenidən əks-hücum etməyə cəhd göstəriblər: “Lakin sərhədçilərimiz düşmənin əks-hücumlarının qarşısını alaraq, onları məhv etdilər. Bu torpaqların hər qarışında hərbi qulluqçularımızın qanı var. Döyüşlərdə şəhidlərimiz və yaralılarımız da oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev həmin əməliyyatlarda iştirak edən iki sərhədçiyə Vətən Müharibəsi Qəhrəmanı adı verib. Onlardan biri sağdır, digəri isə şəhidlik zirvəsinə yüksəlib. Mən isə “Qarabağ” ordeni ilə təltif olunmuşam”.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı










