Vətən müharibəsində 7 nəvəsi iştirak edən nənə - VİDEO

Əslən Göyçə mahalından olan, Göygöl rayonda yaşayan 81 yaşlı Nərgiz Həsənovanın 7 nəvəsi Vətən müharibəsinin iştirakçısı olub.
Report-un məlumatına görə, döyüş zamanı zabit və müddətdən artıq hərbi xidmətdə olan nəvələrinin yolunu gözləyən, onlar üçün böyük narahatlıq keçirən N.Həsənova bu gün nəvələrinin yanında olmasından sevincli olduğunu, torpaqların işğaldan azad olunmasında onun da nəvələrinin payı olduğundan isə qurur duyduğunu bildirib.
Nəvələrindən biri müharibədə yaralandığı üçün müalicə olunur, digər bir nəvəsi isə məzuniyyətdədir. Digərləri isə hazırda da Vətənin keşiyindədir. N.Həsənovanın nəvəsi, bir neçə istiqamətdə gedən döyüşlərdə iştirak edən Faiq Həsənov müharibə zamanı imkan düşdükcə yaşlı nənəsinin narahatlıq keçirməməsi üçün ona zəng edərək döyüşdən kənar yerdə olduğunu deyib.
Qeyd edək ki, 17 nəvəsi, 18 nəticəsi olan N.Həsənova ailəsi ilə birgə 1988-ci ildə ermənilərin təzyiqi nəticəsində Göyçə mahallından çıxmağa məcbur olub. Onlar ilk olaraq Bərdə rayonunda, sonra isə Göygöl rayonunda məskunlaşıblar.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












