“Vikipediya”da Polad Həşimov haqqında məqalə “Yaxşı məqalə” statusuna təqdim edilib

“Vikipediya”nın ingilis dili bölməsində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov haqqında məqalə “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə tərəfindən əsaslı redaktə olunub.
Bu barədə Trend-ə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, azərbaycanlı könüllülərin ingiliscə “Vikipediya”dakı fəaliyyəti uğurla davam edir. Məqalə əsas mənbələrlə genişləndirilərək ingilisdilli oxucuların istifadəsinə verilib. Ən gənc könüllülərdən olan 16 yaşlı Ayxan Zayıdzadə Polad Həşimov haqqında olan məqaləyə əsaslı əlavələr edərək zənginləşdirib. Məqalə P.Həşimovun hərbi karyerasını və fəaliyyətini daha ətraflı əhatə edir. Məqalənin ingiliscə “Vikipediya” idarəçiləri tərəfindən yoxlanılaraq “Yaxşı məqalə” statusu alması üçün hazırlıq işləri aparılır.
“Onlayn ensiklopediyanın ingilis dili bölməsinin önəmli administratorlarından biri gənc könüllü Ayxan Zayıdzadəyə Azərbaycan haqqında yaratdığı məzmunlu, qaydalara uyğun, bitərəf məqalələrə görə “Viki” mükafatı təqdim edib.
“Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasənda məqsəd cəmiyyətdə gənc ziyalılar və araşdırmaçılar arasında “Vikipediya”da Azərbaycanla bağlı doğru, düzgün məqalələrin yazılmasını və zənginləşdirilməsini sürətləndirmək, bu mövzuda maarifləndirici tədbirlərin, təlimlərin keçirilməsini təmin etməkdir”, - deyə E.Eltürk qeyd edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












